Ağır yol qəzasında ana və 4 övladı yanaraq ölüb

20 Fevral 2023 07:48

Rusiya Federasiyasının Mordoviya Respublikasında üç avtomobilin toqquşması nəticəsində dördü uşaq olmaqla beş nəfər həlak olub.

Milli.Az "report"a istinadən bildirir ki, məlumata görə, əvvəlcə "Lada Largus" və "Mercedes" toqquşub. Bu zaman minik avtomobili qarşıdan gələn zolağa çıxıb və yük maşını ilə toqquşub. Toqquşma nəticəsində "Lada Largus" yanıb, avtomobilin bütün sərnişinləri ölüb.

İlkin məlumata görə, "Largus"u 1986-cı il təvəllüdlü qadın idarə edib, avtomobildə həmçinin dörd sərnişin - onun azyaşlı uşaqları olub.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az