Slovakiya parlamenti “MiQ-29”ların Ukraynaya verilməsini müzakirə edəcək

19 Fevral 2023 23:57

Slovakiya Hərbi Hava Qüvvələrinin istifadəsindən çıxarılan MiQ-29 qırıcıları respublikanın Milli Şurasında (parlamentdə - red.) belə bir imkanın ilkin müzakirəsi aparılmadan Ukraynaya verilməyəcək.

Milli.Az "report"a istinadən xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad TAZ telekanalının "Siyasətdə" müzakirə proqramında bildirib.

"Əgər biz MiQ-lərin Ukraynaya və hansı şərtlərlə verilməsi barədə qərar qəbul etməkdən danışırıqsa, onda bunu ilk növbədə parlamentdə müzakirə edəcəyik", - Nad deyib.

O qeyd edib ki, bu məsələ aktual olanda ali qanunverici orqana təqdim ediləcək.

Nazir qeyd edib ki, MiQ-29-ların mümkün transferi Slovakiyanın müdafiə qabiliyyətini zəiflətməyəcək. Bu qırıcılar birdəfəlik milli hərbi hava qüvvələrinin tərkibindən çıxarılır. Onların yarıdan çoxu, Ukraynaya ianə edildiyi təqdirdə, respublika Avropa İttifaqı tərəfindən kompensasiya edilir.

Milli.Az