Zəlzələdə uçan binanın podratçısı aeroportda ələ keçdi

19 Fevral 2023 23:34

Türkiyənın Adıyaman vilayətində zəlzələdə dağılan binanın podratçısı Yıldıray Varki İsveçrəyə qaçmaq istərkən İstanbul Hava Limanında polislər tərəfindən yaxalanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, barəsində "Qəsdən birdən çox insanın ölümünə səbəb olma" maddəsilə cinayət işi başladılan Y.Varki Qaziosmanpaşa Növbətçi Sülh Cəza Hakimliyinə göndərilib.

Qeyd edək ki, podratçısı olduğu Gölbaşındakı Huzur Apartmanının zəlzələdə uçması nəticəsində xeyli sayda vətəndaş həlak olmuşdu.

Milli.Az