Ukrayna Prezident Vladimir Zelenski 333 Rusiya vətəndaşına və Moskva Birjasına qarşı sanksiyalarla bağlı qərarı imzalayıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Prezidentin saytında məlumat yayılıb.
Qeyd edək ki, sanksiya barədə təklif Ukrayna Milli Təhlükəsizlik Xidmətinin 19 fevral tarixli qərarında qeyd olunub:
"Sanksiyaların tətbiqi ilə bağlı təklifləri Ukrayna Milli Təhlükəsizlik Xidməti, həmçinin Milli Bank tərəfindən verilib. Siyahıya Rusiyanın bank sektoru ilə əlaqəli 333 fiziki şəxs və bir hüquqi şəxs - Moskva Birjası "MICEX-RTS" ictimai səhmdar cəmiyyəti daxildir".
Milli.Az