Yermak: Baxmutu müdafiə edəcəyik, şəhəri tərk etməyi planlaşdırmırıq

19 Fevral 2023 22:34

Ukrayna Ordusu Baxmut şəhərindən çıxmaq niyyətində deyil.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Böyük Britaniyanın "The Sunday Times" qəzetinə müsahibəsində Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bəyan edib.

Andrey Yermak Ukrayna Ordusunun şəhəri müdafiə etdiyini bildirib: "Biz Baxmutdan çıxmağı planlaşdırmırıq".

Qeyd edək ki, Rusiya Ordusu 10 aydan çoxdur ki, Baxmut şəhərini ələ keçirməyə çalışır. Son bir ayda Rusiya Ordusu şəhərə gələn 3 əsas yoldan ikisinə nəzarəti təmin edib. Buna baxmayaraq, Ukrayna Ordusunun müqavimətini qırmaq və Baxmut şəhərinə nəzarəti təmin etmək mümkün olmayıb.

Milli.Az