Yeniyetmə qız faciəvi şəkildə öldü

19 Fevral 2023 21:33

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, 2008-ci il təvəllüdlü L.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib.

O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az