Ermənistanda partlayış: yaralılar var

19 Fevral 2023 13:38

İrəvan-Gümrü yolunda yerləşən qazdoldurma stansiyasında partlayış baş verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 3 nəfər xəsarət alıb, 3 avtomobil isə yararsız hala düşüb.

Hadisə yerinə xilasedicilər göndərilib.

Milli.Az