Doğuş: "Yük maşınları ilə insanların cəsədlərini daşıyırlar" - VİDEO

19 Fevral 2023 15:31

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ bölgələrindən biri olan Hataya yollanan türk pop müğənni Doğuş Bakıya qayıdan kimi həyat yoldaşı Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" ictimai- sosial verilişinə gəlib.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi orada şahid olduğu acınacaqlı vəziyyətdən dəhşətə gəldiyini söyləyib:

"Oralar çox pisdir. Həyatımda ilk dəfədir belə bir şey yaşayıram. Yük maşınları ilə insanların cəsədlərini daşıyırlar. Tanrım bütün türk dünyasını qorusun".

Milli.Az