Kiyev: Rusiyanı yalnız bu ölkə dayandıra bilər

19 Fevral 2023 11:51

Pekin Rusiya-Ukrayna münaqişəsində vasitəçi kimi çıxış edərsə, Çin Rusiya üçün çəkindirici amil ola bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Nazir bildirib ki, Münhendə Çin nümayəndəsi Van Yi ilə söhbəti səbirsizliklə gözləyir:

"Lakin xəbərdarlıq edim ki, Ukrayna tərəfi Ukraynanın ərazi bütövlüyünün pozulmasını nəzərdə tutan razılaşmaları qəbul edə bilməz". 

Milli.Az