Biləsuvarda qəza: 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb

19 Fevral 2023 09:28

Fevralın 18-də saat 19 radələrində Biləsuvar rayonu Arazvari kəndi ərazisində 1 ölüm və 7 xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, baş verən qəzada 2 minik avtomobili toqquşub. Nəticədə "VAZ 21 07" markalı minik avtomobilinin sürücüsü 1949-cü il təvəllüdlü Hidayət Rzayev ölüb, 2 sərnişini və "VAZ 21 06" markalı minik avtomobilin sürücüsü və 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Araşdırma aparılır.

Milli.Az