Prezident: Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır

19 Fevral 2023 00:22

Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib: "Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib".

Milli.Az