İsrail nümayəndə heyəti sammitin açılış mərasimindən qovuldu

18 Fevral 2023 20:21

İsrail nümayəndə heyəti Efiopiyada Afrika İttifaqının (Aİ) sammitinin açılış mərasimindən qovulub.

Bu barədə dövlətinin Xarici İşlər Nazirliyi məlumat dərc edib.

Sammitin açılış mərasimi zamanı tədbirin mühafizəçiləri nümayəndə heyətinə yaxınlaşaraq onlardan getməyi tələb ediblər. Diplomatlar görüşü tərk etməli olublar.

Qüds bununla bağlı açıqlama yayaraq məsələni ciddi qəbul edib: "Afrika İttifaqının nifrətlə və İran tərəfindən idarə olunan Əlcəzair və Cənubi Afrika kimi az sayda ekstremist ölkələrin girovluğuna çevrildiyini görmək təəssüf doğurur".

Milli.Az