Türkiyədə axtarış-xilasetmə işləri bu tarixdən dayandırılacaq

18 Fevral 2023 20:19

Türkiyədə baş verən zəlzələdən sonra başladılan axtarış-xilasetmə işləri fevral ayının 19-u axşam saatlarında yekunlaşdırılacaq.

Bu barədə Türkiyənin Afet və Acil Durumlar xidmətyinin sədri Yunus Sezər açıqlayıb.

"Axtarış-xilasetmə işləri sabah axşam saatlarından etibarən dayandırılacaq. Hatay boyu böyük bir konsentrasiya var və orada 13 minə yaxın axtarış-xilasetmə personalı çalışır", - Sezər qeyd edib.

Milli.Az