Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri aparan 37 ölkənin heyəti geri qayıdıb - Çavuşoğlu

18 Fevral 2023 19:37

Türkiyənin zəlzələ bölgələrində axtarış-xilasetmə işləri aparan 37 ölkənin heyəti geri qayıdıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, 52 ölkədən ümumilikdə 4 min 344 nəfər xilasedici dağıntı qeydə alınan ərazilərdə işlərini davam etdirir.

Qeyd edilib ki, zəlzələdən sonra 102 ölkədən yardım təklifi edilib, onlardan 89-nun təklifi qəbul olunub.

Milli.Az