Avtomobilini zərərçəkənlərə yardım üçün satır

18 Fevral 2023 19:27

Türkiyəli aktyor Ferdi Sancar da zəlzələdən zərərçəkənlərə yardım kampaniyasına qoşulub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyor 1988-ci il model avtomobilini sataraq pulunu zərərçəkənlər üçün ianə edəcəyini bildirib:

"Uşaqların belə yığdıqları pulları verdiyi bir vaxtda mən də tək sahib olduğum maşınımı zəlzələdən zərərçəkən qardaşlarım üçün satacağam".

Qeyd edək ki, aktyor Gönül dağı" serialında "Sefer" obrazına həyat verir.

Milli.Az