"Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət buraxılış məntəqələri yaradılmalıdır"

18 Fevral 2023 18:49

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı Ermənistan-Azərbaycan sərhədində sərhəd-buraxılış məntəqələrinin yaradılmasını təklif edib.

Dövlət başçısı bu barədə yerli televiziya kanallarına müsahibəsində bildirib.

"Eyni zamanda, bildirdim ki, yaxşı olardı ki, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik. Bu gün rəsmən vermişik. Əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdı. Ermənistan tərəfindən hər hansısa bir mövqe səsləndirilmədi, yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etməyə", - dövlət başçısı qeyd edib.

Milli.Az