Pakistanda polis idarəsinə hücum olub, ölənlər var

18 Fevral 2023 16:36

Pakistanın Karaçi şəhərində silahlı şəxslər polis idarəsinə hücumu edib.

Milli.Az APA-ya istinadən bildirir ki, qarşıdurma nəticəsində aralarında təhlükəsizlik əməkdaşlarının da olduğu 4 nəfər həyatını itirib, hücum edən 2 şəxs zərərsizləşdirilib, 18 nəfər isə yaralanıb.

Səlahiyyətlilərin bildirdiyinə görə, 2 hücumçu özünü partladıb.

Hücum edən şəxslər binaya polis formasında daxil olublar.

Milli.Az