Türkiyə vətəndaşı Kəlbəcərdə faciəvi şəkildə öldü

18 Fevral 2023 11:39

Kəlbəcərdə tikinti-bərpa işləri zamanı bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Toğanalı-Kəlbəcər tunelində daş qopması nəticəsində bir nəfər fəhlə ölüb.

Ölən şəxsin 1968-ci il təvəllüdlü Osman Kaya adlı Türkiyə vətəndaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az