Bakıda 12 yaşlı yeniyetmə itkin düşüb

18 Fevral 2023 12:36

Bakıda 12 yaşlı yeniyetmə itkin düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Əli Hacıyev fevralın 16-da ərizə ilə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edərək onunla birlikdə yaşayan 2011-ci il təvəllüdlü Ülvi Hacıyevin fevralın 12-də yaşadıqları ünvandan çıxaraq bir daha geri qayıtmadığını bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az