Türkiyənin "Hatayspor" klubunun futbolçusu Kristian Atsu Hatay vilayətində baş vermiş zəlzələdə ölüb.
Milli.Az reporta istinadən bildirir ki, bu barədə qanalı hücumameylli yarımmüdafiəçinin agenti Murat Uzunmehmet açıqlama verib. O, 31 yaşlı vingerin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.
Daha əvvəl "Hatayspor"un qızlardan ibarət komandasının futbolçusu Verda Demetgül zəlzələ zamanı həlak olub.
Qeyd edək ki, Kristian Atsu karyerası ərzində Portuqaliyanın "Portu", İngiltərənin "Çelsi", "Everton" və "Nyukasl" kimi klublarında da çıxış edib.
Milli.Az