Ukrayna Baş Qərargahı: Rusiya beş istiqamətdə irəliləyir

18 Fevral 2023 11:31

Fevralın 18-i səhər saatlarından etibarən Rusiya Silahlı Qüvvələri əsas səylərini Kupyansk, Limansk, Baxmut, Avdeyevsk və Miner istiqamətlərində hücum əməliyyatları keçirmək üçün cəmləyir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

"Eyni zamanda, Ukrayna əsgərləri Luqansk, Donetsk və Xarkov vilayətlərinin 20 yaşayış məntəqəsində Rusiya Federasiyasının hücumlarını dəf edib", - məlumatda deyilir.

Milli.Az