San-Marino təmsilçisi kompüter sevgisini "Bakı Kristal Zalı"nın səhnəsinə nümayiş etdirəcək

25 Aprel 2012 09:51
Trend eurovision.az saytına istinadən xəbər verir ki, San-Marinonun Eurovision 2012 təmsilçisi Valentina Monetta müsabiqədə uğur qazanacağına inanır.

Təmsilçi bütün Avropaya yaddaqalan şou göstərmək üçün var-qüvvəsi ilə çalışdığını bildirib. Eurovision 2012 şousunun sürpriz olacağını gizlətməyən Valentina, "Bakı Kristal Zalı"na kompüterlə çıxacağını istisna etməyib. "Facebook bu gün insanların həyatında mühüm yer tutur. Müsabiqə mahnımı çox sevirəm. Mahnı virtual ünsiyyətin gücünü göstərir".

Həyəcanlı olduğunu deyən San-Marino təmsilçisi hazırda ingilis dili üzərində çalışdığını bildirib. Valentina Eurovision 2012-də iştirakdan məmnundur və özünü xoşbəxt hiss edir.

Müğənni musiqiyə olan həvəsini "musiqi mənim həyatımdır, özümü anlayandan musiqi mənim həyatımın əsas hissəsi olub" sözləri ilə ifadə edib.

Milli.Az