Bacısıgildə qalsa, indi yaşayardı...

18 Fevral 2023 14:00

Dağıntılar altında həlak olan fenomen Taha Duymazla bağlı yeni faktlar üzə çıxıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə onun müğənni dostu Raqıp Narin paylaşım edib. O bildirib ki, zəlzələdən əvvəl Taha bacısının evində olub:

"Bacısıgildəymiş. Amma digər bacısı onu çağırıb. Onun da ad günü imiş. Tahanın yeznəsi bu vaxtı getmə deyib. Taha isə ürəyinin sıxıldığını və bacı-qardaşının yanına getmək istədiyini bildirib. Xilasedicilər binanın Hatayın ən riskli 3 dağıntısından biri olduğunu deyib. Birinci mərtəbə olduğu üçün bibisi həmişə qapını 3 dəfə klidləyirmiş. Bunlar təsadüfdür, yoxsa bəzi şeylər çoxdan yazılıb?".

Milli.Az