Türkiyədə yolunu itirərək şəhərin ortasına qədər gələn suiti hər kəsi güldürdü - VİDEO

19 Fevral 2023 03:22

Türkiyədə yaşanan maraqlı bir hadisə ağır günlərini yaşayan sakinlərin üzündə təbəssüm yaradıb. Belə ki, küçələrin birində suiti tapılıb. Onun narahatlıq keçirmədən hərəkət etməsi məməlinin şəhərin ortasına haradan gəlməsindən daha çox maraq doğurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd olunub ki, hadisə Balıkəsirdə Ayvalık səmtində yaşanıb. Sakinlər onu tutaraq təbii yaşayış yeri olan dənizə buraxıblar.

Milli.Az