Türkiyənin Hatay şəhərinin Antakya rayonunda zəlzələdən sonra Aşağıoba mahalından keçən Karasu çayında suyun səviyyəsi qalxıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə bəzi binaların dağıntıları, evlərin zirzəmiləri, yollar və kənd təsərrüfatı sahələri su altında qalıb.
Bölgədəki Hatay Hava Limanına gedən magistral yol seldən təsirlənməyib.
Su basan ərazilər dronla görüntülənib.
Milli.Az