Bakıda 45 yaşlı qadını avtomobil vurub

18 Fevral 2023 08:34

Bakının Səbail rayonunda 45 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş.

Milli.Az "Report"a istinadən bildirir ki, avtomobil yolu keçən 1978-ci il təvəllüdlü Qasımzadə Tubuxanım Elman qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az