Neftçalada Mercedes yanıb

18 Fevral 2023 08:14

Neftçala şəhərində minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Neftçala şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və 1 ədəd təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az