Kəraçidə polis bölməsinə hücum: ölənlər var

18 Fevral 2023 08:48

Pakistanın Kəraçi şəhərində polis bölməsinə hücum nəticəsində 2 polis həlak olub, 11 nəfər yaralanıb.

Silahlılar basqın zamanı partladıcı qurğulardan istifadə ediblər.

Təhlükəsizlik qüvvələri bir neçə saatdan sonra binanı silahlılardan təmizləyib və üç yaraqlını öldürüb.

Talibanın Pakistandakı qolu "Təhriki-Taliban Pakistan" (TTP) terror təşkilatı hücuma görə məsuliyyəti üzərinə götürdüyünü bildirib.

Milli.Az