İŞİD-in hücumu nəticəsində 50-dən çox insan öldü

18 Fevral 2023 08:53

Suriyanın Homs əyalətində İŞİD terror qruplaşmasının silahlılarının hücumu zamanı xeyli sayda insan həlak olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Suriyanın Radio və Televiziya Baş İdarəsi 53 insanın öldürüldüyü barədə məlumat verib.

"İŞİD terrorçularının Homs vilayətinin Əl-Suxna şəhərinin cənub-şərqində həyata keçirdikləri hücumda 50-dən çox vətəndaş həlak olub", -  deyə məlumatda bildirilib.

Milli.Az