"Zəlzələdən zərərçəkən 10 əyalətdə məskunlaşma sahələri təyin olundu. Bütün komandalarımız bu ərazilər üzrə ətraflı geoloji tədqiqat hesabatları hazırlayır".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tikiləcək yaşayış binaları 3-4 mərtəbədən artıq olmayacaq.
"Mart ayında evlərin tikintisinə başlamağı planlaşdırırıq", - deyə nazir əlavə edib.
Milli.Az