Elmar Məmmədyarov: "Ermənistan prosesi ləngidir"
14 May 2010 13:24
APA-nın xəbərinə görə, bunu bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir üç həmsədr ölkə tərəfindən sənədi hazırlandığını və artıq tərəflərə təklif olunduğunu bildirib: "Son iki il ərzində çox geniş, çox dərin danışıqlar gedir. Həmsədrlər hər ay regiona gəlirlər, prezidentlərin 9 görüşü olub. Bu sənəd göydən düşməyib. Azərbaycan prinsipcə bu sənədi qəbul edir. Sənədin əsasında geniş sülh sazişi üstündə işə başlamağa hazırıq. Amma indiyə kimi Ermənistan dəqiq cavab verməyib. Ona görə də təəssüf ki, iş ləngiyir. Bu isə çox mənfi haldır".
Nazir bildirib ki, Venesiya Komissiyasının 20 illiyi münasibətilə iyunun 5-də Venesiyada keçiriləcək tədbir çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək: "Həmsədrlər Brüsseldə Edvard Nalbandyanla danışıqlar aparıblar. Onlar məni Ermənistanın mövqeyi barədə məlumatlandıracaqlar".
/APA/