Putindən Rüstəm Muradovla bağlı əmr

17 Fevral 2023 23:16

Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı keçmiş komandanı Rüstəm Muradova general-polkovnik hərbi rütbəsi verilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Qeyd edək ki, Rüstəm Muradov hazırda Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin komandanı vəzifəsini tutur.

Milli.Az