Makron Paşinyanla qısa danışdı

17 Fevral 2023 22:48

Ermənistan Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında ayaqüstü qısa görüş olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Qeyd edək ki, görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

Milli.Az