Ermənistan ordusunda növbəti təyinat - yeni kadr Paşinyana qarşı çıxıb

17 Fevral 2023 21:32

Ermənistan prezidenti Vahan Xaçaturyanın fərmanları ilə orduda kadr dəyişiklikləri edilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,Albert Bağdasaryan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Şəxsi heyət üzrə baş idarəsinin rəisi vəzifəsindən azad edilib.

Smbat Qriqoryan 5-ci Ordu Korpusunun komandiri vəzifəsindən azad edilərək Ermənistan Silahlı qüvvələri Baş Qərargahının Şəxsi heyət üzrə baş idarəsinin rəisi təyin edilib.

Prezidentin digər sərəncamı ilə Sasun Badasyan 5-ci Ordu Korpusunun komandiri təyin edilib.

Maraqlıdır ki, vəzifəsindən azad olunan Alber Bağdasaryan və onun yerinə gətirilən Smbat Qriqoryanın imzaları  2021-ci ilin fevral ayında ordu rəhbərliyinin baş nazir Nikol Paşinyanı istefaya çağıran bəyanatında yer almışdı.

Milli.Az