Kahramanmaraşda tikinti ilə bağlı 100-ə yaxın şəxs saxlanıldı

17 Fevral 2023 22:21

Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ nəticəsində dağılan binalarla bağlı təhqiqat zamanı 93 nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.

Ümumilikdə, zəlzələ zonasında oğurluq, qarət və dələduzluqla bağlı 159 şübhəli saxlanılıb.

Milli.Az