Yankoviçi qabaqlayaraq ən yaxşı seçildi

17 Fevral 2023 22:16

Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu, Kipr AEK-indən (Larnaka) Anxel Qarsiya olub.

30 yaşlı yarımmüdafiəçi Ukraynanın "Dnepr-1" komandasına 1:0 hesabıyla qalib gəldikləri oyunda yeganə qolun müəllifi olub.

Xatırladaq ki, Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç də namizəd idi. 

Milli.Az