Hələ belə olmamışdı: 100 milyonluq rahatlıq - FOTO
25 Aprel 2012 22:22
Milli.Az "The Daily Mail"ə istinadən bildirir ki, aviaşirkət varlı müştərilərin səma macərası və relaksı üçün nəzərdə tutulmuş "Airbus A330" təyyarəsinin göyərtəsinin interyerinin dəyişdirilməsinə 100 milyon funt-sterlinq xərcləyib.
Nəticədə London-Nyu-York aviareysi ilə uçacaq sərnişinlər bu təyyarədə dünya tarixində indiyədək misli görünməmiş rahatlıq, servis və komfortla qarşılaşacaqlar.
Təyyarədə 3 metr uzunluğunda bar, 1000 "Swarovski" büllurları ilə bəzədilmiş pərdələr var.
"Virgin Atlantic" aviaşirkətinin müştəri xidməti departamentinin rəhbəri Pol Sandsın dediyinə görə, onlar müştərilərə dünyanın ən lüks, rahat və mükəmməl aviasəyahətini təklif edirlər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Virgin Atlantic