Naxçıvan Beynəlxalq Hava Limanında yoxlamalar aparılır

17 Fevral 2023 11:03

Naxçıvan Beynəlxalq Hava Limanında yoxlamalara başlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, fevralın 15-dən başlayaraq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən hava limanında maliyyə yoxlaması aparılır.

Bunu APA-ya açıqlamasında qurumun direktor müavini Rafael İbrahimov da təsdiq edib.

O bildirib ki, yoxlamalar mart ayının 18-dək davam edəcək.

Milli.Az