Bakıda kişi qadını otelin pəncərəsindən atdı

17 Fevral 2023 10:32

Bakıda sevgilisi qadını otelin pəncərəsindən atıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə fevralın 16-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Araşdırmalarla həmin gün saat 19 radələrində rayon ərazisində yerləşən otellərin birində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Qənbərovun qeyri-rəsmi nikah münasibətində olduğu həmin qadını 6-cı mərtəbənin pəncərəsindən yerə atması və onun 3-cü mərtəbədəki çardağın üzərinə düşməsi nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsinə əsaslı şübhələr müəyyən olunub.

Araşdırma aparılır.

Milli.Az