Buzov gəzdirdiyi üçün Rusiyaya girişi 40 il qadağan olundu

17 Fevral 2023 16:51

Moskva Polisinin Miqrasiya Xidməti Qırmızı Meydanda buzov gəzdirən ABŞ vətəndaşı Alisiya Dayın 40 il müddətinə Rusiyaya girişinə qadağa qoymaq qərarına gəlib.

"9 avqust 1988-ci il təvəllüdlü ABŞ vətəndaşı Day Alisiyanın 2063-cü il fevralın 13-dək Rusiya Federasiyasına girişinə icazə verilməməsi barədə qərar qəbul edilsin", - Troitski məhkəməsində elan edilən hökmdə bildirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, amerikalıya münasibətdə lazımi protokol tərtib edilib. O, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi ("Xarici vətəndaşın Rusiya Federasiyasına giriş rejimini pozması") üzrə ittiham olunub. Belə ki, qadın Rusiyada qeydiyyatsız yaşayıb.

Day cümə axşamı jurnalistlərə bildirib ki, o, Rusiyanı tərk etmək qərarına gəlib.

Milli.Az