Türkiyədəki dağıntılar altından daha bir möcüzə qurtuluşa imza atılıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Hatayda 10 yaşlı oğlan uşağı ilk zəlzələnin 12-ci günündə xilas edilib. Uşağın suriyalı olduğu bildirilir. Qeyd edək ki, ilk zəlzələnin 258-ci saatında 30 yaşında qadın xilas edilmişdi.
Bir neçə saat öncə Türkiyədəki xilasetmə bölgəsində 5,1 bal gücündə daha bir zəlzələ baş verib.
Milli.Az