ABŞ hərbi bazasına raket atıldı

17 Fevral 2023 07:46

İraqın paytaxtı Bağdadın şimalında yerləşən ABŞ hərbi bazasının ərazisinə raket mərmisi düşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İnsident nəticəsində xəsarət alanların olmadığı bildirilib. Təxribatçıların tutulması istiqamətində regionda genişmiqyaslı əməliyyat başladılıb.

Milli.Az