Norveç Ukraynaya 7,27 milyard dollar ayıracaq

16 Fevral 2023 23:36

Norveç Ukraynaya kömək üçün 75 milyard kron (7,27 milyard dollar) ayırıacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu ölkə parlamenti qərar qəbul edib.

Vəsait 5 il ərzində ildə 1,45 milyard dollar olmaqla ayrılacaq.

Baş nazir Yonas Qar Störenin sözlərinə görə, Rusiyanın enerji daşıyıcılarına qarşı sanksiyalar Norveçdən ixracın artmasına səbəb olub.

Sözügedən vəsait neftdən əldə olunan gəlirlərdən əldə olunacaq.

Prezident Vladimir Zelenski videomüraciətində Norveçin ölkəsinə dəstəyinə görə təşəkkür edib.

Milli.Az