Yutubun baş direktoru istefa verdi

16 Fevral 2023 22:49

Yutubun baş direktoru Susan Vodjicki vəzifəsindən getdiyini açıqlayıb.

Bu barədə "Tech Crunch" portalı məlumat yayıb.

Onun yerini və baş vitse-prezident vəzifəsini hazırkı məhsul direktoru Neil Mohan tutacaq.

Vodjickinin gələcəkdə Quql və Alfabet üçün məsləhətçi kimi fəaliyyət göstərəcəyi bildirilir.

Milli.Az