10 günlük körpənin adını Haluk Levent qoydu

16 Fevral 2023 22:27

Türkiyədə baş verən dağıntılar altından çıxarılan 10 günlük körpənin adını "Ahbap" dərnəyinin sədri, məşhur müğənni Haluk Levent qoyub.

Bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat və foto yayıb.

"10 günlük körpə... Zəlzələdən xilas edilib. "Ahbap Çadırkendi"ndə yanımızda qalırlar. Ailəsi adını hələ qoymamışdıq, sən qoy" dedi. Mavi adını verdim", - Levent bildirib.

Milli.Az