ABŞ generalından xəbərdarlıq: İran hücum edəcək!

16 Fevral 2023 22:06

ABŞ-ın Yaxın Şərqdəki Hərbi Hava Qüvvələrinin komandanı İranın Amerika qüvvələrinə və regiondakı neft obyektlərinə hücum planları barədə xəbərdarlıq edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə general Aleks Qrinkoviç açıqlama yayıb.

"Hazırkı vəziyyətdə İranın diqqəti Amerika, Suriyadakı beynəlxalq koalisiya qüvvələrinə, dənizdə olan hədəflərə və regiondakı neft infrastrukturuna hücum etməyə yönəlib", - açıqlamada deyilir.

Milli.Az