Azərbaycanla sülh və münasibətlərin qurulması ilə bağlı müqavilə layihəsinin növbəti mərhələsi üzərində işi başa çatdırdıq. Təkliflərimiz Azərbaycan tərəfinə təqdim olunub.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.
"Təkliflərdən söz düşmüşkən, biz öz təkliflərimizlə dolu sənəd layihəsini nəzərə almalıyıq. Biz aşağıdakı məntiqlə layihə üzərində işləyirik, belə bir sənəd olmalıdır ki, istədiyimiz vaxt imzalaya bilək. Aydındır ki, bu sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Ümid edirik ki, danışıqların üç raundunda qeyd olunan nəticəyə əsaslanmaq olar. Bizim baxışımız belədir: sənəddə uzunmüddətli və sabit sülhün pozulmasının istənilən ssenarisini istisna edəcək razılaşmaların məntiqi, elə bir nəzarət və tarazlıq sistemi olmalıdır", - Paşinyan bildirib.
O əlavə edib ki, bütün bunların mənası ondan ibarətdir ki, sazişin imzalanması onsuz da sülh müqaviləsi əsasında müharibəyə çevrilməməlidir:
"Absurd səslənir, lakin belə bir ssenari də ola bilər. Bir daha deyirəm ki, bizə uzunmüddətli və sabit sülhün qarantı olacaq müqavilə lazımdır. Mən şəxsən özümü və hökumətin məhz belə bir sazişi imzalamağa hazır olduğunu təsdiq edirəm. Belə bir məsuliyyəti öz üzərimə götürməyə hazıram".
Milli.Az