Yoluxanların sayı açıqlandı

16 Fevral 2023 18:43

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 243 vaksin vurulub.

Milli.Az