Senatorlar “Vaqner”i terror təşkilatı elan etməyə çağırıb

16 Fevral 2023 08:27

ABŞ Konqresinin yuxarı palatasına Dövlət Departamentindən "Vaqnerçi"lərin terrorçu elan olunmasını tələb edən ikipartiyalı qanun layihəsi təqdim edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, demokrat Ben Cardin və Respublikaçı Rocer Uikerin başçılıq etdiyi bir qrup senator ikipartiyalı qanun layihəsini yenidən səsverməyə çıxaracağını bildirib. Bu qanun layihəsi Senatın əvvəlki tərkibinə təqdim edilib, lakin səlahiyyət müddəti başa çatana qədər qəbul etməyə vaxt çatmayıb.

Milli.Az