Yeltsinin naziri: Rusiya mütləq çökəcək

16 Fevral 2023 08:52

Rusiya iqtisadiyyatı Qərbin sanksiya təzyiqinə və Ukrayna ordusu ilə uzun sürən döyüşlərə tab gətirməyəcək və çökəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Boris Yeltsinin prezidentliyi dövründə Rusiyanın son maliyyə nazirlərindən olan Mixail Zadornov "Forbes"ə müsahibəsində deyib.

Zadornov qeyd edib ki, indi Rusiya ÜDM-in təxminən 4%-ni orduya ayırır, lakin Vaşinqtonun müdafiə sektoruna ayırdığı xərclərlə müqayisədə bu, ABŞ-ın hərbi büdcəsinin yalnız 1/10-i qədərdir:

"Ukraynaya silah tədarük etməyə başlayan ölkələrin resurslarını və münaqişə uzanarsa, onların yarada biləcəkləri resursların ümumi həcmini toplasaq, inanın ki, bunlar tamamilə müqayisəolunmazdır".

Milli.Az